İnşalar
Reklam verin!

İnşalar

ANA MENU
ƏSAS SƏHIFƏ E-MAIL
Haqqında AZER TEMA
Rss
bu səhifə oz ana səhifə ele bu səhıfə save ele bu blogi oz favori listene daxil ele RSS linki
Blog Haqqında

Qasımov Sərxan

Axtarış



google azeri blog

BIZIM BLOG-DA AXTARIŞ


İnşalar
1 Müstəqil Azərbaycan

1 Ana haqqı - Tanrı haqqı

1 Dostluq qırılmaz zəncirdir

1 Xocalı faciəsini unutmuruq

1 Sevimli ədəbi qəhrəmanım

1 Hansı peşə daha yaxşıdır

1 Həyatda kimdən nümunə götürmək istərdim

1 İnsanı əmək ucaldır

Arxivlər

Sentyabr 2008 2

Avqust 2008 2

İyul 2008 1

İyun 2008 3

Qabaqki yazılar

Həyatda kimdən nümunə götürmək istərdim

Hansı peşə daha yaxşıdır

Sevimli ədəbi qəhrəmanım

Xocalı faciəsini unutmuruq

Dostluq qırılmaz zəncirdir

Ana haqqı - Tanrı haqqı

Müstəqil Azərbaycan

QAN YADDAŞIMIZ
Sayqaç

Müxtəlif
sizin reklam yeri

İnsanı əmək ucaldır

       İş insanın cövhəridir , İşləməyən dişləməz ... Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdi. İndi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşın göydələnlər inşa edilir. İnternet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir. Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur. Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir.   Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı “Kərpickəsən kişinin dastanı” əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xöşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünü sərt şillə kimi dəyir, onu utandırır.  Həyatda belə misallar çoxdur. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər.   Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm. Onu bütün Azərbaycanda sadəcə neftçi Qurban kimi tanıyırlar. Neftçi Qurbanın həyatı hamı üçün ibarətimiz məqamlarla zəngindir.  Azərbaycanda dünyada “Neft akademiyası” kimi tanınır. 1949-cu ildə dünya Azərbaycan neftçilərinin daha bir möcüzəsinin şahidi oldu. Həmin il noyabrın 7-də mavi Xəzərin qoynundakı “Neft Daşları” yatağından neft fontan vurdu. Bununla da dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə “qara qızıl” hasilatına  başlanıldı. Bu, dünya neft sənayəsinin inkişafında misilsiz bir hadisə idi. Heç təsadüfi deyildir ki, “Neft Daşları”nı həm də “Dünyanın səkkizinci möcüzəsi” adlandırırlar.  Polad dirəklər üzərində əfsanəvi şəhəri yaradanlardan biri də haqqında söhbət açdığımız neftçi Qurban idi. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnməsi, çətinliklərdən qorxmaması həmkarlarından neftçi Qurbana qarşı dərin inam oyatmışdı. Elə buna görə də açıq dənizdə ilk neft quyusunun qazılması məhz gənc buruq ustasına həvalə edilmişdir. Açıq dənizdə qazılan və dərinliyi 942 metrə çatan ilk quyudan gündə 100 tona yaxın neft çıxarılırdı.Neftçi Qurban, əlbəttə ki, tək deyildi. Dənizi fəth edənlər arasında S.Orucov, X.Kaveroçkin, A.Əliyev, V.Hacıyev kimi qəhrəman neftçilər var idi.  Halal zəhməti ilə yüksələn neftçi Qurbanın adı Azərbaycan üçün baş ucalığıdır. Xalqımız onun xatirəsini uca tutur. Bu gün mavi Xəzərin qoynunda üzən krana əfsanəvi neftçinin adı verilib. Bundan başqa, onun xatirəsinə həm də bir sıra məktəblərin, küçələrin adında əbədiləşdirilib. Neftçi qurbanın xatirəsinə ən böyük ehtiram isə neftçilər ordusunun hər bir üzvünün ona minnətdarlıq hissi ilə xatırlaması, zəngin və mənalı yol keçən əmək qəhrəmanını, görkəmli buruq ustasını özünün müəllimi hesab etməsidir.

Açar sözlər:

İnsanı əmək ucaldır

Şərhlər(0) ÈíÇä ÇäÊÞÇÏÇÊ æ íÔäåÇÏÇÊ BAXIŞI:33

İnşaların cəmi:8 Sonrakı səhifə »